- Köhnə - Cəmiyyət
- 9 İyun 2017 13:29
- 4 014
“Avaralar bura girib, içib, çəkirlər” - Narkomanların məskən tutduqları bina

Gəncədə yarımtikili bina narkomanların məskəni olub.
ARB TV xəbər verir ki, söhbət Muxtar Hacıyevdə yerləşən 9 mərtəbəyə hesablanmış natamam tikilidən gedir.
1992-ci ildə cəmi 3-cü mərtəbəyə qədər ucaldılan binanın stunları artıq diqqətsizliyə dözə bilmir.
Sakin: “Ora çatana qədər adam qorxur. Maşına ziyan dəyib, uşaqları narahat edir. Ağıllı insan gəlməz. Özünü idarə edə bilməyənlər gəlir”.
Sakin: “Yoldan keçən avaralar bura girib, içib, çəkirlər”.
Təsadüfi deyil ki, ərazi küçə itlərinin daha çox göründüyü yerlərdəndir.
Gəncənin Gülüstan qəsəbə sakinləri də bənzər problemdən şikayətlənirlər.
Sakin: Orada it ölüsü, at ölüsü doludu. Qoxudan oralara giriləsi deyil”.
Küçə həyatı, antisanitariya şərayitinə səbəb binalar naməlum özəl cəmiyyətlərə məxsus olduğundan onlarla əlaqə yaratmaq istəyimiz nəticəsiz qaldı.
AzNews.az