İşçiləri sənədsiz, müqaviləsiz işlətmək bir kənara sayını da az göstərərək vergidən yayınan şirkətlər müəyyən edilib. Vergi əməkdaşlarının keçirdiyi reyddə işçiləri göstərməmək üçün anbarda gizlədənlər də olub. İşçiləri sənədsiz, müqaviləsiz işlətmək bir kənara sayını da az göstərərək vergidən yayınan şirkətlər müəyyən edilib. Vergi əməkdaşlarının keçirdiyi reyddə işçiləri göstərməmək üçün anbarda gizlədənlər də olub.

Vergidən yayınmaq üçün işçilərini zirzəmidə gizlətdi - Bakıda (Video)

İşçiləri sənədsiz, müqaviləsiz işlətmək bir kənara sayını da az göstərərək vergidən yayınan şirkətlər müəyyən edilib. Vergi əməkdaşlarının keçirdiyi reyddə işçiləri göstərməmək üçün anbarda gizlədənlər də olub.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, görüntülər Vergilər nazirliyinin əməkdaşlarının keçirdiyi reydlərdəndir. Məlum olub ki, bəzi şirkətlər işçlərinin sayını mövcuddan az göstərir. Onların bir qismi ilə əmək müqaviləsi bağlansa da, əksəriyyəti sənədsiz işə cəlb olunur. Abşeron rayonunda fəaliyyət göstərən bir şirkət işçiləri əmək müqaviləsinin çalışdırması bir kənəra, onları anbarda gizlədərək məsələdən yayınmağa çalışıb.

Bakı şəhərində Sabunçu rayonunda fəaliyyət göstərən 2 ayrı şirkətdə hər birində ayrılıqda 19 və 42 nəfəri əmək nüaviləsi olmadan işə cəlb ediblər.

Bununla bərabər ehtiyyat hissələri mağazaları, restoran və tekstil şirkətləridə var ki, onlarda da işçi sayının azaldılması halları aşkar edilib.

Ümumilikdə 2017-ci ilin 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər məkə müqaviləsi olmayan işçi aşkar edilib. İşə götürənlər barəsində isə 1,6 milyon manat maliyyə sanksiyası tətəbiq edilib.