Bu şokaladlarda salmonella aşkarlandı - Diqqət + FOTO

ABŞ-ın şokolad nəhəngi sayılan Marsın məhsullarında ölümcül salmonella bakteriyası aşkarlanıb.

AzNews.az Xarici KİV-lərə istinadən xəbər verir ki, şokoladlarda bu bakteriyanın olması test sınağından sonra təsdiqlənib. İstehlakçılar insanlara bununla bağlı xəbərdarlıq ediblər. Mars səlahiyyətliləri də faktı təsdiq edib. Şokoladın tərkibində aşkarlanan potensial ölümcül bakteriyalar çox təhlükəlidir. Xususi ilə də bəzi məhsulların tamamilə bakteriya tərkibli olduğu aşkarlanıb. Adı çəkilmiş məhsullar arasında "Minstrels"i, "Teaser"i göstəriblər. Onların istehsal tarixinin müddəti isə 6 may və 13 may 2018 ci il tarixləri göstərilib. Müştərilərə bu şokoladları yeməmək üçün xəbərdarlıq edilir.