- Köhnə - Cəmiyyət
- 11 İyun 2017 16:15
- 5 432
Qazaxda 8 və 10 yaşlı iki qardaş suda boğulub

Qazax rayonunda iki qardaş suda boğulub.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Dəmirçilər kənd sakini 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlukəndin ərazisində süni yaradılmış göldə boğulub.
Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.