Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2011-ci ildə törədilən qətldə iştirak etməkdə şübhəli bilinərək axtarışda olan, hadisədən 5 il sonra həbs edilən Zakir İbayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2011-ci ildə törədilən qətldə iştirak etməkdə şübhəli bilinərək axtarışda olan, hadisədən 5 il sonra həbs edilən Zakir İbayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qətldə təqsirləndirilən şəxs azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2011-ci ildə törədilən qətldə iştirak etməkdə şübhəli bilinərək axtarışda olan, hadisədən 5 il sonra həbs edilən Zakir İbayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Zakir İbayevə ittiham olunduğu maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Zakir İbayev 2016-cı ilin noyabrında saxlanılıb. Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi tərəfindən Cinayət Məcəlləsinin üç maddəsi ilə axtarışda olan Zakir İbayev Gürcüstan dövlət sərhədini keçərkən saxlanılıb.

Zakir İbayevin tanışı Arzuman Bəşirov 2011-ci il iyulun 14-də "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə silahlı basqın edərək oranın işçisi Əli Əliyevə odlu silahdan atəş açaraq qətlə yetirib və məntəqədən 16 min manat götürüb. Arzuman Bəşirov qətli törətdiyi silahı tanışı Zakir İbayevdən aldığını deyib. Bu ifadədən sonra Z. İbayev qətlin iştirakçısı kimi axtarışa verilib.

Z.İbayev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 181 (quldurluq) və 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə axtarışda olub.

Məhkəmə istintaqı dövründə müəyyən olunub ki, Z.İbayev törədilən qətl hadisəsində iştirak etməyib.

AzNews.az