Qaradağ rayonunda 6-cı mərtəbədən yıxılan uşaq heç bir xəsarət almayıb. Qaradağ rayonunda 6-cı mərtəbədən yıxılan uşaq heç bir xəsarət almayıb.

2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı, zədə almadı - Bakıda (Video)

Qaradağ rayonunda 6-cı mərtəbədən yıxılan uşaq heç bir xəsarət almayıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, qeyri-adi hadisə paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında baş verib. Ev sakinlərinin gözündən yayınan 2 yaşlı Əli Hüseynli altıncı mərtəbədəki eyvanın pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib. Atası Sadiq deyir ki, uşaq yıxılan vaxtı o, evdə olmayıb.

Bundan sonra səsə qonşular gəlib və uşağı torpağın üzərindən götürdükdə gözlərinə inanmayıblar. Onun üzərində heç bir xəsarət olmayıb.

Hazırda Hüseynovlar ailəsinin sevincinin həddi-hüdudu yoxdur.