Namus üstündə anasını öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Maarif Əliyev cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Namus üstündə anasını öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Maarif Əliyev cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Anasını güdüb sonra güllələyən 16 yaşlı gənc məhkəmə qarşısında

Namus üstündə anasını öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Maarif Əliyev cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin dekabrında Zabrat-2 qəsəbəsində baş verib. Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. M.Əliyev polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib. M. Əliyev qətli namus üstündə törətdiyini bildirib. Qeyd edilib ki, M.Qurbanovanın əri hadisədən bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına atəş açıb. Atəş səsinə qonşular gəlib. O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

AzNews.az