Qərb Universiteti abituriyentlər üçün “Həyəcansız imtahan” konsultasiya aylığına start verib. Qərb Universiteti abituriyentlər üçün “Həyəcansız imtahan” konsultasiya aylığına start verib.

Qərb Universiteti “Həyəcansız imtahan” konsultasiya aylığına start verib- ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Qərb Universiteti abituriyentlər üçün “Həyəcansız imtahan” konsultasiya aylığına start verib.

AzNews.az xəbər verir ki, universitetdə Tələbə Qəbulu Məsələlər üzrə Mərkəz yaradılıb və bu mərkəzdə abituriyentlər üçün ödənişsiz şəkildə məsləhət saatları təşkil olunur.

Burada abituriyentlərə həm psixoloji konsultasiyalar verilir, həm də onları maraqlandıran bu və ya digər suallar mütəxəssislər tərəfindən cavablandırılır.

“Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda keçirilmiş ilk seminarda Qərb Universitetinin dosenti, İnnovasiyalar Şöbəsinin müdiri Rauf Həsənov “Doğru ixtisas seçimi”, tanınmış psixoloq Elnur Rüstəmov “İmtahan həyəcanının azaldılması yolları” və “Hədəf kursları” MMC-nin baş direktoru Şəmil Sadiq “Motivasiya və özünə inam” mövzularında təqdimatlar ediblər.

Abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlığın aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, hər bir abituriyent həftənin I-V günləri saat 09.00-dan 18.00-dək, şənbə günü isə saat 13.00-dək qəbul məsələləri ilə bağlı Qərb Universitetində yaradılmış Mərkəzə müraciət edə bilər.