Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür. Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür.

Bu gün Leyla Əliyevanın ad günüdür

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür.

AzNews.az xəbər verir ki, Moskvada nəşr olunan "Bakı" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevanın 32 yaşı tamam olur.

Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrədə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsinin dunya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib.

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. O, 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur.

2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Munasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.

2008-ci il may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri secilib.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Mikayıl və Əli adlı əkiz övladları var.