"Zəhranı böyüməyə qoymadılar, onun nə günahı var?" - Millət vəkili

“Bu erməni vəhşiliyinin kuliminasiyasıdır”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı Füzuli rayonunda ermənilər tərəfindən öldürülən 2 yaşlı Zəhranın ölümünü şərh edərkən deyib. O, bu hadisəni pislədiyini qeyd edib.

“Əgər onların gözləri bu qədər qızıbsa, 2 yaşlı uşağa rəhmləri gəlmirsə, uşaq, böyük, qoca görmürlərsə, buna vəhşilikdən başqa nə ad vermək olar? Bu insanlığa sığışmayan hərəkətdir. Bunu bütün analar, cəmiyyət bilməlidir. Zəhranın nə günahı var? O, nə görüb, nə başa düşürdü ki, onun ömrünü əlindən aldılar? Qoymadılar böyüməyə. Bunlar ermənilərin iç üzünü göstərir. Erməilər üçün müqəddəs heç nə yoxdur. Onlar hər şeydən keçərlər, təki istədikləri niyyətə çatsınlar”.

Aqiyə Naxçıvanlının fikrincə, bu məsələ Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində müzakirə olunacaq.

“Səsimizl çıxarıb, sözümüzü deyəcəyik. Hamı danışmalıdır. İnsan olan kəslər bu uşağın öldürülməsinə münasibət bildirməlidirlər”.

Bahar RÜSTƏMLİ

AzNews.az