İran və Azərbaycan gömrükçülərinin üçüncü iclası İranın Naxçıvandakı Baş konsulluğunun əməkdaşlığı və koordinasiyası ilə iki ölkənin gömrük idarələrinin rəisləri və gömrük rəsmilərinin iştirakı ilə Urmiya şəhərində keçirilib. İran və Azərbaycan gömrükçülərinin üçüncü iclası İranın Naxçıvandakı Baş konsulluğunun əməkdaşlığı və koordinasiyası ilə iki ölkənin gömrük idarələrinin rəisləri və gömrük rəsmilərinin iştirakı ilə Urmiya şəhərində keçirilib.

Gömrükdə iş saatı artırılacaq - Azərbaycan və İran razılığa gəldi (Foto)

İran və Azərbaycan gömrükçülərinin üçüncü iclası İranın Naxçıvandakı Baş konsulluğunun əməkdaşlığı və koordinasiyası ilə iki ölkənin gömrük idarələrinin rəisləri və gömrük rəsmilərinin iştirakı ilə Urmiya şəhərində keçirilib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, iclasda iki ölkənin 4 gömrük idarəsinin rəisləri problemləri və onların həlli yollarını müzakirə edərək, vətəndaşların və nəqliyyat vasitələrinin gömrükdən sadələşdirilmiş şəkildə keçmələrinin təmin edilməsi yollarını araşdırıblar.

Poldəşt və Şahtaxtı gömrüklərinin iş saatının artırılması və "bir pəncərə" ticarət sisteminin yaradılması üçüncü iclasın əsas razılaşmalarından olub. Bu sistem tezliklə ilk dəfə pilot layihə olaraq Poldəşt gömrüyündə icra olunacaq.

Tərəflər arasında əldə olunan razılığa əsasən dördüncü müştərək iclas gələn ilin may ayında Azərbaycanın Biləsuvar rayonunda keçiriləcək.

Həmçinin Naxçıvan MR Dövlət Gömrük Komitəsi sədri gömrük xidməti general-leytenantı Asəf Məmmədov Qərbi Azərbaycan valisi Qurbanəli Səadətlə görüşüb.

Görüş zamanı vali vətəndaşların və malların gömrükdən keçidinin artırılmasına toxunaraq bildirib: "Qərbi Azərbaycan vilayəti və Naxçıvan Muxtar Respublikasının əhalisi bir çox müştərək mədəni dəyərlərə sahibdirlər və ümid edirik ki, imkanlardan maksimum istifadə etməklə iqtisadi, mədəni, kənd təsərrüfatı, sərgi, idman, sənaye və təhsil sahələrindəki əməkdaşlıqdan bundan sonra daha da inkişaf etdiriləcək".

İranla Naxçıvan arasında gömrük rəsmiləşdirmələrinin sadələşdirilməsinin vacibliyini vurğulayan A.Məmmədov deyib: "İkitərəfli mövcud imkanların artırılması və gömrük rəsmiləşdirmələrinin sadələşdirilməsi üçün ciddi addımlar atmaq lazımdır".

İclasda İranı Qərbi Azərbaycan vilayətindən Poldəşt gömrük idarəsinin rəisi, Şərqi Azərbaycan vilayətindən Culfa gömrük idarəsinin rəisi, Ərdəbil vilayətindən Biləsuvar gömrük idarəsinin rəisi və Astara vilayətindən Astara gömrük idarəsinin rəisi, İran XİN və digər orqanların nümayəndələri təmsil ediblər.

AzNews.az