Şabranda fermerler maraqlı faktla üzləşiblər Şabranda fermerler maraqlı faktla üzləşiblər

Şabranda qeyri-adi pomidor: Görənlər heyrətə gəlir (Video)

Şabranda fermerler maraqlı faktla üzləşiblər

AzNews.az ARB-yə istinadən xəbər verir ki, pomidor toxumu əkən təsərrüfatçıların sahəsində qeyri-adi məhsul yetişib. Şabranın Rəhimli kəndində təsərrüfatla məşğul olan Rəşad Novruzov bu il 1 hektar ərazidə pomidor becərib. Pomidorun Sultan növünü paytaxtdan gətirən fermer məhsulu yetişdirərkən dərman və kimyəvi preparatlardan istifadə etmədiyini bildirir.

O, ilk dəfədir ki, belə halla qarşılaşdığını bildirib: "Bu il pomidor şitili əkmişdik. Qeyri-adi pomidor nəzərimizə dəydi. Biz də istədik ki, xalqımız bu pomidorları görsün. Pomidorun toxumunu Maştağadan almışdım. Geninin dəyişdirilməsi üzündən belə olmasını düşünürəm".

Pomidorun qeyri-adi yetişməsi onun məhsuldarlığına mənfi təsir göstərməyib. Təsərrüfatçı qeyri-adi pomidor toxumunu alaraq artırmağı düşünür.