Sahibə Quliyeva və 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsindən 7 gün ötür - Video

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər - Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın öldürülməsindən 7 gün ötür.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bu gün onların yas mərasimi keçirilib.

Yas mərasiminə təkcə Füzulidən yox, digər bölgələrdən də qatılanlar olub. Onlar Füzuli rayonuna gələrək, yas mərasimində iştirak edir, mərhumların yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyirlər.

Bu gün həmçinin ombudsman Elmira Süleymanova və rayon rəhbərliyi Alxanlı kəndində Sahibə Allahverdiyevanın və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürüldüyü yerə baxış keçirib, qəbirlərini ziyarət ediblər.

Elmira Süleymanova qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar bəyanat hazırlanaraq, bütün beynəlxalq təşkilatlara, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə, eləcə də Azərbaycanın diaspor təşkilatlarına göndərilib.