Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək.

"Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcək" - İlham Əliyev

Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident deyib: "Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax, bu, artıq gördüyümüz işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaqdır".