Son 10 il ərzində Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb. Son 10 il ərzində Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb.

Övladlığa götürülən uşaqların sayı azalıb

Son 10 il ərzində Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb.

Trend-in məlumatına görə, 2006-cı ildə Azərbaycanda 929, 2007-ci ildə 972 uşaq övladlığa götürüldüyü halda, 2014-cü ildə belə uşaqların sayı 918-ə, 2015-ci ildə 805-ə, 2016-cı ildə isə 773-yə enib.

Övladlığa götürülən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir.

2012-ci ildə övladlığa götürülən uşaqların 482-si qız, 507-si oğlan, 2013-cü ildə 432-si qız, 529-u oğlan, 2014-cü ildə 408-i qız, 510-u oğlan, 2015-ci ildə 375-i qız, 430-u oğlan, 2016-cı ildə isə 371-i qız, 402-si oğlan olub.

Ümumilikdə övladlığa götürülən uşaqlar arasında 1-5 yaşlılar üstünlük təşkil edir.

Ötən il övladlığa verilən uşaqların 344 nəfəri 1-5 yaşlı uşaqlar olub. Həmin uşaqların 161-i qızdır.

Ümumilikdə ötən il Azərbaycanda övladlığa götürülən uşaqların 167 nəfəri 1 yaşadək (onların 90-ı qızdır), 152 nəfəri 6-10 yaşlı (onların 70-i qızdır), 110 nəfəri isə 11-17 yaşlı (onların 50-si qızdır) uşaqlardır.

Ötən il 63 uşağın övladlığa götürülməsi ilə bağlı qərar ləğv edilib. Onların 22-si qız olub. Bu uşaqların çoxu - 42-si (13 nəfəri qız) 11-17 yaşlı olub.