Bu gün Sputnik Azərbaycan İnformasiya Agentliyində "Tı super! Tansı" ("Sən supersən! Rəqslər") layihəsi ilə bağlı mətbuat konfransı keçirilib. Bu gün Sputnik Azərbaycan İnformasiya Agentliyində "Tı super! Tansı" ("Sən supersən! Rəqslər") layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.

"Sən supersən! Rəqslər" müsabiqəsinin qaliblərinə təqaüd veriləcək - Foto

Bu gün Sputnik Azərbaycan İnformasiya Agentliyində "Tı super! Tansı" ("Sən supersən! Rəqslər") layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.

AzNews.az xəbər verir ki, bu ilin payızında NTV və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin yeni irimiqyaslı "Tı super! Tansı" layihəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında keçirilir.

Sputnik Azərbaycan İnformasiya Agentliyinin rəhbəri Əziz Əliyev bildirdi ki, "Tı super! Tansı" ("Sən supersən! Rəqslər") müsabiqəsi üçün kastinglər davam edir:

"İlkin mərhələdə hələlik, 12 nəfər müsabiqə üçün seçilib. Həmin uşaqların rəqs videoları artıq layihənin yayımlandığı Rusiyanın NTV telekanalına göndərilib. Peşəkar xareoqraflar həmin uşaqlar arasından 4 nəfəri seçiblər. Ümid edirik ki, təmsilçilərimiz finala kimi gedəcək və uğur qazanacaq. Moskvada onlarla peşəkar, təcrübəli rəqs müəllimləri məşğul olacaq. MDB və Rusiya təmsilçiləri yarışın son mərhələsində təqaüd qazana biləcəklər.

Yaradılan şəraitə görə Təhsil nazirliyinə, Heydər Əliyev fonduna təşəkkürümüzü bildiririk."

NTV telekanalının azərbaycanlı prodüseri Timur Vaynşteyn ölkəmizi müsabiqədə təmsil edəcək uşaqlara müraciət də ünvanlayıb:

"Əziz dostlar, mən çox şadam ki, "Tı super! Tansı" programını sizə təqdim edirəm. Ümid edirəm ki, bu unikal müsabiqə valideyn himayəsindən məhrum olmuş uşaqlara böyük dəstək olacaq. Bununla onlar rəqs dünyasına iri addımlar ata biləcək, kumirlərini grə biləcək və yeni dostlar qazanacaq. Hamınıza uğurlar!"

Müsabiqədə ölkəmizi təmsil edəcək Abbasqulu Səfərov və İlkin Hüseynov bildirdi ki, rəqslə lap uşaqlıqdan məşğul olurlar. Almaniyada, Rusiyada və bir çox ölkələrdə keçirilən bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər. Digər təmsilçilərimiz Sevinc və Sevda isə artıq Moskvadadır.

Uğurlar təmsilçilərimizə!

Fəridə Abdullayeva

AzNews.az

image description image description image description image description