Bu ərazilərdə ev tikmək olmaz - Xəbərdarlıq - Video

Bakının bu ərazilərində hər hansı tikinti işlərinin aparılması qadağandır.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının sürüşməyə həssas olan sahələr haqıında hazırladığı albomda paytaxtın aktiv və lokal sürüşmə zonaları qeyd edilib. Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, sürüşmə zonaları haqqında məlumatlar müvafiq qurumlara, yerli icra orqanlarına çatdırılıb. Ərazidə hər hansı tikinti işləri aparılan zaman mütəxəsis rəyi alınaraq həmin məlumatlardan istifadə edilməlidir.

Edilən xəbərdarlıqlara və təhlükənin miqyasının böyüklüyünə baxmayaraq, hələ də sürüşmənin aktiv olduğu zonalarda tikinti işləri aparanlar var.

Əksər hallarda sürüşmənin aktiv olduğu torpaq sahələri alqı satqı zamanı satan şəxs tərəfindən alıcıya bildirilmir. Elə bu səbəbdən də vətəndaşlar ərazilərlə bağlı tam məlumatlı olmadan evlər tikir, sonra da problemlərlə üzləşirlər. Mütəxəsislər torpaq alarkən vətəndaşları daha diqqətli olmağa çağırır.