Prezident Samuxda binaların əsaslı təmiri və abadlıq-quruculuq işləri üçün 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Samux rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədilə pul ayırıb.

AzNews.az xəbər verir ki, qeyd olunanlar üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Bu vəsaitin 2 milyonu 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri, 1 milyonu isə abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub.