- Köhnə - Cəmiyyət
- 11 Sentyabr 2017 22:12
- 5 524
Bu qayda pozuntusuna görə yol polisi saxlamadan cərimə yazacaq - Sürücülərin nəzərinə! (Video)
Yol polisi kəmər taxmayanları elektron qaydada cərimələməyə başlayıb.
AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, artıq bir neçə gündür ki, təhlükəsizlik kəmərini taxmayan sürücülər də kameralar vasitəsilə aşkar olunaraq, barələrində elektron protokol tərtib edilir. Hətta bir neçə sürücüyə protokol barədə SMS bildirişlər də göndərilib. Baş dövlət yol polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyir ki, artıq təhlükəsiz kəmərindən istifadə etməyən xeyli sayda sürücü cərimə olunub.
Burada əsas məqam sürücülərlə yanaşı, sərnişinlər barəsində də təhlükəsizlik kəmərindən istifadə etməməyə görə elektron protokol tərtib olunması ilə bağlıdır. Kamran Əliyev deyir ki, bu qayda sərnişinlərə tətbiq olunmayacaq.
Qeyd edək ki, sürücülər təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə edilirlər.