Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin mühərrik bölməsində quş yuvası aşkarlanması səbəbindən uçuş təxirə salınıb. Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin mühərrik bölməsində quş yuvası aşkarlanması səbəbindən uçuş təxirə salınıb.

Təbriz-Bakı reysi ilə uçan təyyarə gecikdi - quşlara görə

Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin mühərrik bölməsində quş yuvası aşkarlanması səbəbindən uçuş təxirə salınıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, İranın ATA Hava Yollarına məxsus təyyarə Təbrizin hava limanından Bakı istiqamətinə uçuşa hazırlaşarkən kapitan mühərrikdən qeyri-adi səsin gəldiyini duyub və mühərrikin yoxlanılmasını istəyib. Yoxlama zamanı məlum olub ki, mühərrikin yerləşdiyi bölməyə bir neçə quş girib.

Quşlar mühərrik bölməsindən götürüləndən sonra təyyarənin uçmasına icazə verilib.