Kanaldan qadın meyiti tapıldı - Yenilənib

Qarabağ kanalında meyiti tapılan qadının kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, qadın 1938-ci il təvəllüdlü Rəsulova Nərgiz Əli qızıdır.

N. Rəsulova Qoyunbinəsi kənd sakinidir. Onun ruhi xəstə olduğu bildirilir.

İlkin ehtimala görə, N. Rəsulova intihar edib.

***

11:16

Yevlax rayonununda qadın meyiti aşkarlanıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ Kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:30-da başa çatıb.