Azərbaycan Xarici İşlər Nazirliyiİraqın Kürdüstan regional vilayətində keçirilən referenduma münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyiİraqın Kürdüstan regional vilayətində keçirilən referenduma münasibət bildirib.

XİN-dən referenduma münasibət - “İraqın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyirik”

Azərbaycan Xarici İşlər Nazirliyiİraqın Kürdüstan regional vilayətində keçirilən referenduma münasibət bildirib.

AzNews.az xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan İraqın mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.