Azərbaycanda alkoqoliklərin sayı artıb. Azərbaycanda alkoqoliklərin sayı artıb.

Azərbaycanda alkoqol aludəçilərin sayı açıqlanıb

Azərbaycanda alkoqoliklərin sayı artıb.




Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilən məlumata görə, hazırda Azərbaycanda 21 103 alkoqol aludəçi var. 2011-ci ildə isə Azərbaycanda 19 765 nəfər alkoqolik olub. Alkoqol aludəçilərinin çoxu kişilərdir.

Ölkədə qeydiyyata alınan 21 103 alkoqol aludəçinin 873 nəfəri qadındır.

Azərbaycanın tanınmış sosioloqu, professor Əhməd Qəşəmoğulunun sözlərinə görə, alkoqoliklərin sayının artmasında iki faktor mühüm rol oynaya bilər. Onlardan biri əvvəlki dövrlərdə statistik rəqəmlərin düzgün hesablanmaması ilə bağlı ola bilər. Digər amilin isə insanların ictimai, sosial, psixoloji vəziyyətlərindəki gərginliklə bağlı olması mümkündür.
"Çox təəssüf ki, indi Azərbaycanda müəyyən qrup insanların həyat şəraiti ağırdır. İnsanların bir qrupu mənəvi yollarla, bir hissəsi dinlə daha çox məşğul olmaqla özünə rahatlıq tapırsa, bir qrup insanlar da ancaq alkoqollu içkilər içməklə sakitlik tapırlar", - sosioloq deyib.
O əlavə edib ki, cəmiyyətdə maddiyyat önə keçəndə daha çox problemlər yaranır. Əksinə, mənəviyyat qabağa keçəndə və maddiyyat ona bir vasitə kimi kömək edəndə isə həyatda problemlər azalır, insanlarda bir rahatlıq yaranır.
Sosioloq bütün dünyada maddiyyatın mənəviyyatı üstələməsinə təəssüfləndiyini də söyləyib.
O qeyd edib ki, Azərbaycanda da insanlar üçün mənəvi faktorlar arxa plana keçməkdədir. Maddiyyat önə keçdikdə isə cəmiyyətdə gərginlik artır. Ona görə də Azərbaycanda bu bəlanın daha da genişlənməsinə imkan verməməyə çalışmaq lazımdır.
"Mən hələ iki əvvəl demişdim ki, respublikada ailə zəminində qətl hadisələri çoxalacaq. Bu çoxalma da mənəvi-psixoloji vəziyyətin çətinləşməsi ilə əlaqədardır. İndi də həmin proqnozu ürək ağrısı ilə yenidən deyirəm. Nə qədər ki, bizdə insanlar bir-biriləri ilə maddi üstünlüklərinə görə yarışacaqlar, onda da neqativ hallar çoxalacaq. Onlardan da biri alkoqoliklərin sayının artmasıdır", - sosioloq əlavə edib.

AzNews.az