AMEA işçiləri üçün mağaza açıla bilər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Akademiya şəhərciyində" əməkdaşları üçün mağaza açmaq niyyətindədir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə bildirib.

Son illər ərzində AMEA işçilərinin sosial problemlərinin həlli üçün bir sıra işlər aparıldığını deyən A.Əlizadə bildirib ki, mağazanın açılması akademiya əməkdaşlarının ərzaqla təminatı probleminin həllinə yardım edə bilər.

O qeyd edib ki, son illər ərzində Akademiyanın mənimsənilmiş əraziləri geri qaytarılıb. Həmin ərazilərin artıq səmərəli istifadə edildiyini deyən A.Əlizadə belə torpaqlarda bir sıra kənd təsərrüfatı məhsullarının əkildiyini, işçilərə həmin məhsulların paylanıldığını bildirib.