Vətəndaş aldığı evi öz adına sənədləşdirsə də, qaz sayğacının müqaviləsini dəyişdirməyib. Vətəndaş aldığı evi öz adına sənədləşdirsə də, qaz sayğacının müqaviləsini dəyişdirməyib.

Evində qaz xətti və sayğacı olsa da, bundan istifadə edə bilmir - Video

Vətəndaş aldığı evi öz adına sənədləşdirsə də, qaz sayğacının müqaviləsini dəyişdirməyib.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, Bakıda rieltor fırıldağının qurbanı olan bir ailə indi qazsız qalıb. Səbəb isə odur ki, evin alqı-satqısı zamanı rieltor vətəndaşa evi başqa bir adamın adına olan sayğacla satıb. Indi isə həmin sayğacın sahibi tapılmadığından vətəndaş qazdan istifadə edə bilmir.

Evində qaz xətti və sayğacı olsa da, bundan istifadə edə bilmir.

Bakının Binəqədi rayonu 1-ci mədən 10-cu korpus ərazisində yaşayan Quliyevlər ailəsi aylardır ki, qazsız qalıb. Evin xanımı Arzu Quliyevanın sözlərinə görə, rieltordan aldıqları evin qaz sayğacı tanımadıqları bir adamın adına olub. Bu, bir müddət başqasının sayğacını işlətdikdən sonra üzə çıxıb.

Zərəçəkən Arzu Quliyeva İradə adlı xanımın adında olan sayğacı öz adına keçirə bilməsi üçün həmin qadını tapmalıdır. Lakin vətəndaş indi nə evi aldığı rieltori tapa bilir, nə də ki sayğacın aid olduğu şəxsi.

Adı fırıldaqçılıqda hallanan rieltorun ev sahibinə verdiyi yeganə telefon nömrəsinə isə zəng çatmır.

Məsələylə bağlı "Azəriqaz" istehsalat birliyindən bildirdilər ki, vətəndaş evi alarkən digər kommunal xətlər kimi qaz sayğacının da öz adına keçməsi ilə bağlı müqavilə bağlamalı idi. Bunu etmədiyi üçün onun köhnə sayğacı götürülüb. Hazırda evdə olan sayğacdan istifadə etmək üçün isə evin sənədləri ilə birlikdə "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir və yalnız bütün sənədlər qaydasında olduqdan sonra ona smart kart veriləcək.