Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsinin 1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaya görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) bəndi dekriminallaşdırılmayacaq. Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsinin 1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaya görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) bəndi dekriminallaşdırılmayacaq.

Narkomanların məsuliyyətdən azad olunması ilə bağlı qanun Milli Məclisdə müzakirə ediləcək

Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsinin 1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaya görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) bəndi dekriminallaşdırılmayacaq.

“Report”un xəbərinə görə, bu təklif Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsindən çıxarılıb.

Hazırda təklif olunan qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinə yeni - 74-1-ci (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azadetmə) maddəsi əlavə edilir.

Yeni maddəyə əsasən, məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibbi müəssisəsinin müdiriyyətinin məlumatı əsasında bu məcəllənin 75.1-ci (Böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə, xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz) maddəsində göstərilən müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilir.

Qanun layihəsinə parlamentin oktyabrın 20-də keçiriləcək plenar iclasında baxılacaq.

Xatırladaq ki, Milli Məclisdə bu qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev və Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov bu maddənin dekriminallaşdırılmasının əleyhinə çıxıblar. Bildirilib ki, bunun tətbiq olunması cinayətlərin artmasına səbəb ola bilər.

AzNews.az