Bu gün II Fəxri xiyabanda Azərbaycanın 7 nəfər xüsusi təyinatlı kəşfiyyatçısının torpağa tapşırılmasının 20 illiyi ilə əlaqədar anım mərasimi keçirilib. Bu gün II Fəxri xiyabanda Azərbaycanın 7 nəfər xüsusi təyinatlı kəşfiyyatçısının torpağa tapşırılmasının 20 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

Özlərini partladan kəşfiyyatçılarının dəfnindən 20 il ötür

Bu gün II Fəxri xiyabanda Azərbaycanın 7 nəfər xüsusi təyinatlı kəşfiyyatçısının torpağa tapşırılmasının 20 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

"Report"un məlumatına görə, anım mərasimində kəşfiyyat rupunun rəhbəri olmuş polkovnik Xətai Baxışov, kəşfiyyat qrupunda iştirak etmiş Aqil Əhmədov, general-mayor Mayıs Barxudarov, qazi Rey Kərimoğlu, Aprel döyüşlərinin qaziləri və şəhidlərin yaxınları iştirak ediblər.

Onlar şəhidlərin məzarı üzərinə tər güllər qoyublar.

X.Baxışov bildirib ki, 1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. O qeyd edib ki, döyüşçülər erməni mühasirəsinə düşsə də, üç gün təslim olmayıblar: "Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. Bu zaman 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olur. Həmin hərbçilərmizdən yalnız Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir götürülür. Ulu öndər Heydər Əliyevin səyi nəticəsinədə həmin şəhidlərimizin nəşini 6 aydan sonra ermənilərlə dəyişə bildik. 1997-ci il oktyabr ayının 16-da onları dəfn etdik".

AzNews.az

image description image description