“Ali məktəblərin ƏDV-dən azad olunması təhsilin inkişafına xidmət edən bir amil olacaq” “Ali məktəblərin ƏDV-dən azad olunması təhsilin inkişafına xidmət edən bir amil olacaq”

Misir Mərdanov ali məktəblərin ƏDV-dən azad olunmasından danışdı

“Ali məktəblərin ƏDV-dən azad olunması təhsilin inkişafına xidmət edən bir amil olacaq”



"Azərbaycanın orta məktəblərində adambaşına maliyyələşmə sisteminə keçid hələlik fikir olaraq qalır". APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

O bildirib ki, Dünya Bankı ilə vaxtilə respublikanın 3 rayonunun 59 məktəbində pilot olaraq bu layihə həyata keçirilib: "Amma bu sistemi bütün ölkəyə yaymaqda çətinlik çəkdik. Hələlik bu məsələ fikir olaraq qalır".

Nazir özəl ali məktəblərin əlavə dəyər vergisində azad olunması məsələsinə münasibət bildirib. O qeyd edib ki, bu işə müsbət baxır: "Ali məktəblərin ƏDV-dən azad olunması təhsilin inkişafına xidmət edən bir amil olacaq".

AzNews.az