Metrodan istifadə edənlərin nəzərinə

"Bakı Metropoliteni" QSC sərgi təşkil edəcək

Sabah saat 11:00-da metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində "Bakı Metropoliteni" QSC-nin təşkilatçılığı ilə növbəti sərgi baş tutacaq.

AzNews xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, "Metro Gallery" layihəsi çərçivəsində baş tutacaq növbəti sərgi "Köhnə Bakı" adlanır. Adından da göründüyü kimi sərgidə paytaxtımızın köhnə görüntülərinin əks olunduğu fotoşəkillər nümayiş olunacaq.