“Azərbaycan Miqrasiya Mərkəzi” yeni layihəyə strat verdi “Azərbaycan Miqrasiya Mərkəzi” yeni layihəyə strat verdi

İnsan alverinə qarşı 26 504 manat

“Azərbaycan Miqrasiya Mərkəzi” yeni layihəyə strat verdi




"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi 18 yanvar 2013-cü il tarixdən ATƏT-in Bakı Ofisi tərəfindən maliyyələşdirilən "Azərbaycanda insan alverinə və məcburi əməyə qarşı effektiv mübarizəyə hərtərəfli dəstək – kişi qurbanlar üçün sığınacağın təşkili" layihəsinin icrasına başlayıb. Bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Layihənin əsas məqsədi insan alveri və məcburi əməyin qurbanı olması ehtimal olunan şəxslərin müəyyən edilməsi, onlara hüquqi, sosial, tibbi və psixoloji yardımın göstərilməsi, onlar üçün ayrıca sığınacağın təşkili və Azərbaycanda insan alveri və məcburi əməyə qarşı effektiv mübarizə aparılmasında hüquq mühafizə orqanlarına dəstək göstərməkdən ibarətdir.
Layihənin icrası 30 sentyabr 2013-cü il tarixədək davam edəcək. Bunun üçün ATƏT-in Bakı Ofisi tərəfindən 26 504 AZN həcmində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi KİV əməkdaşlarından və QHT-lərdən insan alveri və məcburi əməyin qurbanı olması ehtimal olunan şəxslərin aşağıdakı telefon nömrələri və e-mail adresləri vasitəsilə bizə istiqamətləndirilməsini xahiş edir.
Tel: (+994 12) 498 91-74; (+994 12) 498 09 72
E-mail: office@clam-az.org; aaliyev@migration-az.org

Orxan
AzNews.az