Bakı-Sumqayıt qatarlarının yeni hərəkət cədvəli

Dekabrın 10-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qataraı saat 0950 –də yola düşəcək və saat 1032-də Bakıya çatacaq. Sumqayıt stansiyasından isə saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcək və saat 1142-da Bakıya çatacaqdır.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından məlumat almaq olar.