- Köhnə - Cəmiyyət
- 15 Dekabr 2017 16:28
- 3 219
Əziz Orucova hökm oxundu - 6 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucova hökm oxunub.
AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum ediib.
Qeyd edək ki, Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib:
O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Onun barəsində üçün Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Orucov ittihamları qəbul etmir və təqsirsiz olduğunu bildirir.