Dekabrın 15-nə keçən gecə paytaxtın Nizami rayonundakı Ş.Mirzəyev küçəsindən Bakı şəhər sakini Anar Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət daxil olub. Dekabrın 15-nə keçən gecə paytaxtın Nizami rayonundakı Ş.Mirzəyev küçəsindən Bakı şəhər sakini Anar Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət daxil olub.

Avtomobili qaçıran şəxs tutuldu - 2 ay əvvəl də...

Dekabrın 15-nə keçən gecə paytaxtın Nizami rayonundakı Ş.Mirzəyev küçəsindən Bakı şəhər sakini Anar Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün polis əməkdaşları tərəfindən Hövsan qəsəbəsi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Polis Bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması, həmçinin digər analoji cinayəti də müəyyən edilib. Belə ki, onun oktyabrın 3-də rayon ərazisində paytaxt sakini Zahir Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırdığı da müəyyən edilib. Avtomobil həmin vaxt akkumulyatoru, maqnitofonu və səsgücləndiricisi oğurlanmış vəziyyətdə tapılıb.