Şəbəkə məcburi köçkünlərin problemlərinin aktuallaşdırılması və beynəlxalq təşkilatların diqqətinə çatdırılmasına çalışacaq Şəbəkə məcburi köçkünlərin problemlərinin aktuallaşdırılması və beynəlxalq təşkilatların diqqətinə çatdırılmasına çalışacaq

Məcburi Köçkünlər üzrə Şəbəkə yaradılıb

Şəbəkə məcburi köçkünlərin problemlərinin aktuallaşdırılması və beynəlxalq təşkilatların diqqətinə çatdırılmasına çalışacaq




Azərbaycanın bu gün də ən böyük problemi Dağlıq Qarabağ münaqişəsi və doğma yurdlarından didərgin düşən insanlarla bağlıdır. Dövlət məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bu problemin həllinə ölkədə fəaliyyət göstərən ayrı-ayrı vətəndaş cəmiyyəti institutları da töhfə verməyə çalışır.

Artıq bu işlərdə daha fəal olan bir qrup vətəndaş Məcburi Köçkünlər üzrə Şəbəkə formalaşdırılıb. "Birləşmiş imkanlar" devizi altında birləşən şəbəkə vətəndaş cəmiyyəti nümayəndələrinin məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması, hüquq və azadlıqlarının tamin olunmasına imkan yaratmaq üçün təsis olunub. Şəbəkənin qarşısına qoyduğu əsas məqsəd məcburi köçkünlərin problemləri ilə bağlı məlumatların toplanması, onun aktuallaşdırılması, yerli və mərkəzi icra hakimiyyəti, beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır. Şəbəkə həmçinin, məcburi köçkünlərlə işləyən təşkilatların sülhyaratma prosesində iştirakına imkanın yaradılması, onların vətəndaş cəmiyyətinin inkişafı, ictimai maraqların müdafiəsi ilə bağlı proseslərə cəlb olunmasına çalışılacaq. Məcburi köçkünlərin qərar qəbul olunması prosesində təmsil olunmasına nail olmaq və bu proseslərə hazırlamaq, sosial problemlərin həll olunmasında məcburi köçkünlərin aktiv iştirakının təşviq olunmasına çalışılacaq.

Qeyd edək ki, şəbəkədə D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Azərbaycan Miqrasiya Mərkəzi, Gənc Liderlər TTİ, Huquqi Yardım İctimai Birliyi, "Yuva" Humanitar Mərkəzi, "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzi, Məcburi Köçkünlər Birliyi, Qadınlar Arasında Həmrəylik İctimai Birliyi, Regional İnsan Huquqları və Media Mərkəzi, Mustəqil Jurnalistlərə Texniki və Huquqi Yardım İctimai Birliyi, "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyi və Humanitar Tədqiqatlar Cəmiyyəti birləşib.

Xalid
AzNews.az