Bakı-Naxçıvan aviareysi təxirə salınıb. Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

Bakı-Naxçıvan aviareysi təxirə salınıb

Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.

“AZAL aviaşirkətinin bu gün səhər saat 08:12-də Bakıdan Naxçıvana uçan J2 251 reysi Naxçıvan Hava Limanında hava şəraitinin kəskin pisləşməsi (duman və məhdud görüntü) ilə əlaqədar olaraq Heydər Əliyev Hava Limanına qayıdıb”, - deyə məlumatda bildirilir.

Məlumata görə, reyslərin qəbulunun mümkünlüyü haqqında təyinat aeroportundan müvafiq təsdiq alındıqdan sonra reys yenidən yola düşəcək.

AzNews.az