Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı istirahət günlərində teleradio yayımçıları öz işlərini davam etdirdiyindən Milli Televiziya və Radio Şurası (MTRŞ) həmin tarixlərdə monitorinq aparacaq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı istirahət günlərində teleradio yayımçıları öz işlərini davam etdirdiyindən Milli Televiziya və Radio Şurası (MTRŞ) həmin tarixlərdə monitorinq aparacaq.

MTRŞ bayram günləri də yoxlayacaq

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı istirahət günlərində teleradio yayımçıları öz işlərini davam etdirdiyindən Milli Televiziya və Radio Şurası (MTRŞ) həmin tarixlərdə monitorinq aparacaq.

Bunu Trend-ə özəl açıqlamasında Şuranın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, məlum olduğu kimi, yayımçılar tamaşaçı və dinləyicilərin istirahətini səmərəli keçirilməsinə dəstək məqsədilə bayram günlərində xüsusi proqramlar tərtib edirlər:

“Həmin günlərdə bayram şənlikləri, musiqili-əyləncəli verilişlər, milli və xarici filmlər və s. yayımlanır. Biz isə öz növbəmizdə, yayım proqramlarında qanunvericiliyin tələblərinə riayət olunması məsələlərini yoxlayacağıq. Hər bir yayımçının efirinin video-audio yazısını qeydə alırıq. Bu bizim daimi işimizdir. İnanırıq ki, ciddi problemlər olmayacaq".

Şöbə müdiri əlavə edib ki, bəzi hallarda telekanalların bayram günləri ilə bağlı proqram səbətlərindən narazı qalanlar da olur: "Sosial şəbəkələrdə, saytlarda gedən yazılarda da bu fikirlərə rast gəlmək olur. Əlbəttə, bu, hər bir yayımçının yaradıcılıq göstəricisidir".

T.Dadaşov vurğulayıb ki, bayram efirində daha çox Yeni illə bağlı materialların təşkil etməsi normaldır: “Lakin müxtəlif səpkili efir materialları, dünya və milli filmlərimizin nümayişi və bu kimi digər baxımlı, maraqlı mövzuların proqram səbətində yer alması bayram proqramının rəngarəngliyini təmin edərdi”.

AzNews.az