“Dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır. Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır”. “Dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır. Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır”.

Azərbaycanda 2 milyon 84 mindən çox ailə var

“Dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır. Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır”.

AzNews.az Femida.az -a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dövlət Komitəsinin ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib. O bildirib ki, hazırda Azərbaycanda 2 milyon 84 mindən çox ailə var.

Son 5 ildə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 88 minə yaxın vətəndaşın bəhrələndiyini vurğulayan H. Hüseynova qeyd edib ki, son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur və hazırda sahibkar qadınların sayı 143 mindən çoxdur.