Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon ərazisində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış füzulili məcburi köçkünlərlə görüş keçirib, bayram süfrəsi açılıb. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon ərazisində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış füzulili məcburi köçkünlərlə görüş keçirib, bayram süfrəsi açılıb.

Həmrəylik Günü və Yeni il Füzulidə qeyd olundu - Fotolar

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon ərazisində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış füzulili məcburi köçkünlərlə görüş keçirib, bayram süfrəsi açılıb.

AzNews.az xəbər verir ki, görüşlərdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib.

Alı Alıyev bildirib ki, respublikamızda olduğu kimi 2017-ci ilin nəticələri rayonumuzda da ürəkaçan olub, bütün sahələrdə inkişaf, tərəqqi, irəliləyiş əldə olunub, əhalimizin həyat səviyyəsi yüksəlib.

-“Görülən işlər, əldə olunan nəticələr füzulilərin Prezident cənab İlham Əliyevin sosial-iqtisadi və siyasi dəst-xəttinə sadiq olduqlarını, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun çalışdıqlarının göstərib”-deyə Alı Alıyev vurğulayıb.

Rayonda keçirilən bayram şənliyində şəhid atası Vəliəhd Abdullayev, şəhid anası Şəfiqə Orucova, Qarabağ müharibəsi əlili, Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov çıxış edərək respublikada və Füzuli rayonunda şəhid ailələrinə Qarabağ müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra bayram süfrəsi açılıb, rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı olub.

image description image description