Bakı Apellyasiya Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Bakı Apellyasiya Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakıda polis mayorunu bıçaqlamaqda təqsirləndirilən şəxsin cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin Ə.Həsənov olan hissəsində hökm dəyişdirilib.

Belə ki, onun 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 13 il 6 aya endirilib. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı, 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.

Məlumata görə, daha sonra Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.

Onu da əlavə edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və o, hadisə vaxtı xidmətdə olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənov 14 il 6 ay, Ə.Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.