Azərbaycanlı Rusiyada oğurluq etdi, bəxti gətirmədi

Rusiyada polisdən qaçan 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 29-da Leninqrad vilayətinin Qatçin rayonunda qeydə alınıb.

İlham adlı Azərbaycan vətəndaşı axşam saat 5 radələrində Kiyev şossesində yol polisi əməkdaşlarının "saxla!" əmrinə tabe olmayaraq hərəkətə davam edib. Lakin o, polisin bir qədər təqibindən sonra tıxaca düşüb və maşından düşərək qaçıb. Bununla belə o, polislərin səyi nəticəsində saxlanılıb.

Məlum olub ki, İlhamın idarə etdiyi "Kia" markalı avtomobil dekabrın 28-də Peterburqun Nevski rayonunda oğurlanıb.