- Köhnə - Cəmiyyət
- 10 Yanvar 2018 18:57
- 3 376
Güclü külək Oğuzda fəsadlar törətdi - Foto

Azərbaycanın şimal-qərb bolgəsində güclü külək bir sıra fəsadlara səbəb olub.
AzNews.az Report-a istinadən xəbər verir ki, təbii fəlakət ən çox Oğuz rayonunun mərkəzinə və Calut kəndinə ziyan vurub.
Külək rayonun mərkəzində 16 ailənin məskunlaşdığı binanın dam örtüyü tamamilə dağıdıb, evlərə və obyektlərə ziyan vurub, dəmir konstruksiyalı elektrik dirəklərini aşırıb. Enerjinin verilməsində fasilələr yaranıb.
Calut kəndində də ilkin məlumata əsasən, külək 11 ailəyə məxsus yaşayış və köməkçi binalarda dağıntılar törədib.
Faktla əlaqədar Oğuz Rayon Fövqəladə Hallar Komissiyasının tapşırığı ilə bir sıra xidmət müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Oğuz Rayon Mənzil İstismar İdarəsi artıq təmir işlərinə başlayıb. Rayon ərazisində digər fəsadların da qısa müddətdə aradan qaldırılacağı bildirilir.



