- Köhnə - Cəmiyyət
- 13 Yanvar 2018 09:37
- 3 096
Gədəbəydə 1 ton ot bağlaması yanıb

Gədəbəydə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qoşabulaq kəndində ümumi sahəsi 110 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
AzNews.az