- Köhnə - Cəmiyyət
- 17 Yanvar 2018 12:18
- 3 279
Azərbaycanlı telejurnalist Moldovaya buraxılmadı

Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb.
AzNews.az APA-ya istinadən xəbərə verir ki, bu barədə Moldovanın sərhəd polisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, İ. Zeynalova Moldovaya səfərinin məqsədini təsdiqləyə bilmədiyi üçün geri qaytarılıb: “O, İstanbul-Kişinyov reysi ilə uçub. Pasport yoxlanışı zamanı bildirib ki, onun rəsmi şəxslərlə görüşü planlaşdırılıb, lakin bu görüşləri sənədlə təsdiqləyə bilməyib”.
Məlumatda o da qeyd olunub ki, jurnalist deportasiya edilməyib, Moldovaya girişinə qadağa qoyulmayıb.
İradə Zeynalova ilk Kişinyov-Moskva reysi ilə yola salınıb.