- Köhnə - Cəmiyyət
- 18 Yanvar 2018 12:10
- 10 314
Uşaqlarını atıb intihar üçün evdən qaçan ana: “Nə vaxta kimi...”

Masallıda iki övladını atıb, intihar edəcəyini yazaraq evdən qaçan ana tapılıb.
Bu barədə AzNews.az-a rayonun Təklə kənd sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, Yeganə Məmmədova atasına telefon açaraq Bakıda olduğunu deyib:
“Televizora baxanda atasını görüb. Onun çıxışını, ağladığını görüb, dayana bilməyib. Qərar verib ki, evlərinə qayıtsın. Hətta efirdə atası ilə görüşüb də. Yeganə epilepsiya xəstəsidir. O da insandır, yaşadıqları ona pis təsir edib. Bu gün atası ilə evlərinə qayıdacaq. Uşaqları nənəsi ilə qalsa da bütün günü ana deyib ağlayırdılar”.
Kənd sakinlərinin sözlərinə görə, Yeganənin evdən qaçmasına səbəb, işləməməsidir:
“Deyib ki, iki uşaqla atama sığınmışam. Kasıbam, heç bir yerdə işləmrəm. Nə vaxta kimi ata əlinə baxacağam? Bunu özünə sığışdıra bilməyib, uşaqlarını da atıb ki, gedib özünü öldürsün”.
Qeyd edək ki, Masallı rayonunda iki uşaq anası evdən qaçıb. Rayonun Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Yeganə Məmmədova yanvarın 11-də evdən qaçıb. Onun 6 və 5 yaşlı iki qızı var.
Bahar RÜSTƏMLİ
AzNews.az