- Köhnə - Cəmiyyət
- 23 Yanvar 2018 09:42
- 5 124
“Range Rover”in ban nömrəsi saxtalaşdırıldı - Foto

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan "Land Rover Range Rover" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.