- Köhnə - Cəmiyyət
- 23 Yanvar 2018 10:34
- 2 948
Yenə imtahan olacaq

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanı (təkrar) keçiriləcək.
Bu barədə AzNews.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq* imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2 fevral tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.