Ucuzlaşan və bahalaşan məhsullar – SİYAHI

Dövlət Statistika Komitəsi fevral ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb




Fevral ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb.

Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,1 faiz, quru lobyanın 1,2 faiz, göyərtilərin 5,6 faiz, pomidorun 1,0 faiz, baş sarımsağın 0,3 faiz, baş soğanın 0,2 faiz, kələmin 0,1 faiz, yoncanın istehsalçı qiymətləri 0,4 faiz bahalaşmış, arpanın istehsalçı qiymətləri 0,2 faiz, kartofun 2,0 faiz, quru noxudun 6,2 faiz, quru otun istehsalçı qiymətləri isə 1,4 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən limonun və portağalın istehsalçı qiymətləri müvafiq olaraq 0,1 və 3,7 faiz ucuzlaşmış, almanın istehsalçı qiymətləri 2,5 faiz, heyvanın 0,2 faiz, şabalıdın 7,0 faiz, fındığın 1,0 faiz, qozun 0,6 faiz, naringinin istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıB.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0 faiz, camışın 0,4 faiz, hind toyuğunun 0,9 faiz, mal ətinin (diri çəkidə) 0,1 faiz, yumurtanın istehsalçı qiymətləri 4,2 faiz bahalaşıB. Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,7 faiz, qoyun ətinin (diri çəkidə) 0,2 faiz, südün 0,7 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,1 faiz ucuzlaşıb. Balıq və balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8 faiz ucuzlaşma müşahidə olunub.

AzNews.az