Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həyat yoldaşı ilə ayrılmasını açıqlayıb. Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həyat yoldaşı ilə ayrılmasını açıqlayıb.

“Necə boşanmışam ki, mənim xəbərim yoxdur?”

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həyat yoldaşı ilə ayrılmasını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, Mirəliyev bildirib ki, miras davasının uzanması ailə arasında da söz-söhbətə səbəb olub. Arifə övladını götürərək Orxanla birlikdə qaldığı evdən gedib.

O.Nadirov məsələyə münasibət bildirib. O, əməkdaşımızla söhbətində bunların həqiqəti əks etdirmədiyini söyləyib:

“Boş söhbətlərdir. Necə boşanmışam ki, mənim xəbərim yoxdur? Biz şəxsi həyatımızdan danışmırıq”.

Orxan “Bəs, deyirlər qaldığınız evdən çıxarılmısınız” sualına isə “Bu haqda yaxın günlərdə geniş açıqlama verəcəm” cavabını verib.

O.Nadirovun həyat yoldaşı Arifə isə boşanma xəbərlərini nə təsdiq, nə də inkar edib:

“Bu məsələ ilə bağlı heç kim mənə sual ünvanlamasın. Bu haqda heç nə danışmayacam”.

AzNews.az