Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 01-i axşamdan martın 02-si səhərədək hava şəraiti-qeyri sabit keçib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 01-i axşamdan martın 02-si səhərədək hava şəraiti-qeyri sabit keçib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 01-i axşamdan martın 02-si səhərədək hava şəraiti-qeyri sabit keçib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Departamentdən AzNews.az-a daxil olan məlumata görə, şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-18, Kiçik Qafqazda 3-5, Naxçıvan MR-da 0-2, Qazax-Gəncə zonasında 0-3, Bakıda və Abşeron yarımadasında, Mərkəzi-Aran rayonlarında və Lənkəran-Astara zonasında 0-1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 44, Qırızda 21, Sarıbaşda 16, Kişçay, Xınalıqda 6, Daşkəsən, Göygöldə 5, Gədəbəydə 3, Quba, Qubanın dağlıq ərazilərində 3-21, Xaltanda 1 sm olub.