Bayram ərəfəsində ev quşları bazarında canlanma var - Video

Novruz bayramı ərəfəsində, rayonlarda toyuq və digər ev quşlarının satıldığı bazarlarda canlanma müşahidə olunur.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Novruz bayramı ərəfəsində ev quşlarına tələbat artdığından qiymətlər də nisbətən bahalaşıb. Bazarlarda həyətdə bəslənən toyuqlarla yanaşı broyler toyuqları da satılır.

Hind quşu, qaz və ördəklərin alıcısı çoxalıb. Bayram ərəfəsində insanlar bu quşlara daha çox üstünlük verir.

Bayramqabağı Cəlilabadda bəzi ev quşlarının qiymətlərində artım müşahidə olunur. Satıcıların sözlərinə görə bahalaşmaya səbəb təlabatın çox olması ilə əlaqədardır. Artım daha çox hind quşlarında özünü göstərir. Qiymət orta hesabla 5 manat artıb.

Toyuğun qiymətində də artım müşahidə edilir. Əvvəllər 1 kq çəkidə olan toyuq 7 manata təklif olunurdusa, indi 8-9 manata satılır.

Bazarlarda həyətdə bəslənən toyuqlarla yanaşı broyler toyuqları da satılır. Onların qiymətində isə artım yoxdur.

Bura Bərdə bazarıdır. Daha cox qiymət artımı kəndlərdə bəslənən toyuqlardadır. Əvvələr 6-7 manata satılan kənd toyuğu indi bazarlarda 8- 10 manata təklif edilir.